Yuxarı

Bakıda "Bakcell"in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib

Bakıda "Bakcell"in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib
Yarışda 56 gənc şahmatçı iştirak edib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti Azərbaycan Şahmat Federasiyası, "Gənclik" şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.

Şirkətdən "Report"a bildirilib ki, aprelin 9-dan14-dək FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.

Yarışlarda ən çox xal yığan Azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə "Bakcell" şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə təltif ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi