Yuxarı

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarına satılan biletlərın son statistikası açıqlanıb

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarına satılan biletlərın son statistikası açıqlanıb
Bu barədə Oyunların Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov açıqlama verib

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına biletlərin satışına başlanıldığı martın 19-dan bu günədək 40 mindən çox bilet satılıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov bilidirib. O qeyd edib ki, ümumilikdə yarışı izləməyə görə, bütün arenalar üçün 500 min bilet satışa çıxarılıb: "Hazırda şəhərin bütün nöqtələrində bilet satışı davam edir. Açılış mərasimi üçün 30 min, bağlanışa isə 60 min bilet artıq satışdadır".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi