Yuxarı
    Bağlamaq

    Azərbaycanın olimpiya çempionları üçün Prezident təqaüdünün məbləği 30 faiz artırılıb

    Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir

    Bakı. 23 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.

    Belə ki, “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli fərmanında “1000” sözü “1300” sözləri ilə əvəz ediləcək.

    Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi