Yuxarı
    Bağlamaq

    Azərbaycan əsilli sprinter dünya çempionu olub

    27 yaşlı sprinter bu nailiyyətə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mundialda imza atıb

    Bakı. 11 avqust. REPORT.AZ/ Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.

    "Report"un məlumatına görə, 27 yaşlı sprinter bu nailiyyətə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mundialda imza atıb.

    R.Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyəyə birinci çatıb. Gümüş medalı 20,11 saniyə nəticə ilə CAR təmsilçisi Vayde van Nikerk, bürünc medalı isə eyni göstərici ilə Trinidad və Tobaqolu Jerem Riçards əldə edib.

    Qeyd edək ki, 2011-ci ildən Türkiyə millisində çıxış edən Ramil Quliyev karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi