Yuxarı

Azərbaycan cüdoçusu dünya reytinqində ilk onluqda qərarlaşıb

Azərbaycan milli komandası 48 medalla siyahıda səkkizinci yerdə qərarlaşıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün yeni reytinq siyahısını açıqlayıb. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası 48 medalla (13 qızıl, 9 gümüş və 26 bürünc) siyahıda səkkizinci yerdə qərarlaşıb.

60 kq çəkidə çıxış edən Vüqar Şirinlinin qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə təsirsiz ötüşməyib. 

IJF-in reytinq cədvəlində milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) ilk yerdə qərarlaşıb. O, gümüş medal qazandığı Rio Olimpiadasına qədər Kazanda keçirilən Avropa çempionatında və Havana “Qran-Pri”sində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-Pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. 

Həmçinin, Elmar Qasımov da 100 kq çəkidə çıxış edən idmançıların siyahısına başçılıq edir. O, mayda “World Masters”ın də qalibi olub.  

Orxan Səfərov (60 kq) isə öz çəkisində ikincidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi