Yuxarı

Azərbaycan cüdoçusu Avropa birinciliyinin bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu Avropa birinciliyinin bürünc medalını qazanıb
Digər cüdoçular Rüfət İsmayılov, Cəlil Şükürov və Vasif Şərbətli birinciliyi medalsız başa vurublar

Bakı. 12 noyabr. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa birinciliyində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

"Report"un xəbərinə görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov slovakiyalı Peter Jilkanı məğlub edərək bürünc medal qazanıb.

Azərbaycanın digər cüdoçuları Rüfət İsmayılov, Cəlil Şükürov və Vasif Şərbətli birinciliyi medalsız başa vurublar.

Qeyd edək ki, yarışın ilk günü azərbaycanlı cüdoçu Hidayət Heydərov rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi