Yuxarı
    Bağlamaq

    ​Azad Rəhimov: “Avropa Oyunları üzrə Əməliyyat Komitəsində çalışanların 63 faizini yerli mütəxəssislər təşkil edir”

    Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin növbəti Baş Assambleyasında Avropa Oyunlarını qəbul edən şəhərin adı açıqlanacaq

    Bakı. 9 oktyabr. REPORT.AZ/ “Hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir”.

    “Report”un xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.

    Onun sözlərinə görə, Avropa Oyunları üzrə Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc komitədə işlə təmin edilib: “Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışırlar”.

    Nazirin sözlərinə görə, aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə oyunların yayımlanmasına dair razılıq əldə edilib.

    A.Rəhimov bildirib ki, bu il noyabrın 20-22-də Bakı şəhərində Avropa Olimpiya Komitəsinin növbəti Baş Assambleyası keçiriləcək və bu Assambleyada növbəti Avropa Oyunlarını qəbul edən şəhərin adı açıqlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi