Yuxarı
    Bağlamaq

    Azərbaycan idmançıları bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qoşulub

    Yarışların ilk günü Azərbaycanın üç gimnastı mübarizəyə qoşulub

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Dünən Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə dünya çempionatı start götürüb. "Report" xəbər verir ki, turnirin ilk günü Azərbaycan komandasından Marina Durunda, Gülsüm Şərifzadə və Nilüfər Niftəliyeva mübarizəyə qoşulublar. Azərbaycan idmançıları halqa ilə hərəkətləri yerinə yetiriblər. Hazırda çoxnövçülükdə M.Durunda 10-cu yerdə (17.500), N.Niftəliyeva 20-ci yerdə (16.366), G.Şərifzadə isə 27-ci yerdədir (15.950). Təsnifat yarışları sabah davam edəcək. 

    Halqa ilə fərdi çıxışda Durunda ikinci yerdə, Niftəliyeva 7-ci yerdə və Şərifzadə isə11-ci yerdə qərarlaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi