Yuxarı

AFFA və "Qarabağ" azarkeşlər üçün birgə layihə hazırlayıb

AFFA və "Qarabağ" azarkeşlər üçün birgə layihə hazırlayıb
Çexiya ilə qarşılaşma üçün bilet real qiymətdən ucuz olacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/  AFFA ilə "Qarabağ" azarkeşlər üçün birgə layihə hazırlayıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" – “Roma” və oktyabrın 5-də Dünya çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” futbol klubu birgə layihə həyata keçirəcək.

Layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək. Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.

Qeyd edək ki, hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi