Yuxarı

Rusiya klubunun voleybolçuları Türkiyədə qəzaya uğrayıblar

"Zenit"in oyunçuları Türkiyədə qəzaya uğradı

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın "Zenit" klubunun kişi voleybolçulardan ibarət komandasının avtobusu Türkiyədə qəzaya uğrayıb.

"Report" "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, hadisə paytaxt Ankarada baş verib. Komandanın voleybolçularının yer aldığı avtobus başqa bir avtomobillə toqquşub. Avtobus daha sonra polis maşını və digər iki avtomobilə də ziyan vurub.

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Uzun müddət qəza yerində qalan "Zenit"in oyunçuları otelə piyada gediblər. Xəstəxanaya yerləşdirilənlərdən Mert K. adlı şəxs xəstəxanadan qaçıb.

Polis hadisə ilə bağlı araşdırma aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi