Yunanıstanın Krit adasında Azərbaycan şahmatçılarının mükafatlandırma mərasimi keçirilib

Yunanıstanın Krit adasında Azərbaycan şahmatçılarının mükafatlandırma mərasimi keçirilib Yığma üzvləri fərdi mükafatlara da layiq görülüb
Komanda
7 Noyabr , 2017 01:21
Yunanıstanın Krit adasında Azərbaycan şahmatçılarının mükafatlandırma mərasimi keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Yunanıstanın Krit adasındakı Avropa çempionatının ardından mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, yarışın qalibi olan Azərbaycan millisi çempionluq kubokuna sahib olub.

Bundan başqa yığma üzvləri fərdi mükafatlara layiq görülüb. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib olub.

Şəhriyar Məmmədyarov birinci, Teymur Rəcəbov ikinci lövhədə gümüş medal alıb. Rəcəbov yarışdan dərhal sonra başqa bir turnirə yollandığından, onun medalını komandanın kapitanı və məşqçisi Eltac Səfərli götürüb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi Rusiya ilə birgə 14 xal toplasa da, əlavə göstəricilərdə daha üstün olduğu üçün tarixində üçüncü dəfə qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi