Yuxarı

Yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib - VİDEO

Yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib - VİDEO
Azərbaycan yığması Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq

Bakı. 9 mart. REPORT.AZ/ Bu il martın 16-da İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək. 

“Report”un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. 

Azərbaycan yığması Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Martın 16-da yarımqrup görüşləri, ertəsi isə final görüşləri keçiriləcək. 

Qeyd edək ki,, 2015-ci ildə keçirilən yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi