Yuxarı

Yeniyetmə cüdoçularımız Rusiyada gümüş medallara sahib olublar

​Yeniyetmə cüdoçularımız Rusiyada gümüş medallara sahib olublar

Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı Azərbaycanın yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb.

Məşqçi Zaur Babayevin başçılığı altında yarışan idmançılarımız Moskva, Gürcüstan, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar.

Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi