Yeniyetmə cüdoçularımız Antalyada 3 qızıl və 1 bürünc medal qazanıblar

Yeniyetmə cüdoçularımız Antalyada 3 qızıl və 1 bürünc medal qazanıblar Avropa kubokunda 18 ölkədən 362 idmançı mübarizə aparır
Komanda
5 Mart , 2017 01:52
Yeniyetmə cüdoçularımız Antalyada 3 qızıl və 1 bürünc medal qazanıblar

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

“Report” xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal qazanıblar.

Ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi