Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək

Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək.
Komanda
16 Yanvar , 2020 13:24
Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək

Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOK) baş qərargahında keçiriləcək toplantıda Avropa idman modeli, Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıqlar, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.

Qeyd edək ki, bu komissiyaya Belarusiya, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosova, Polşa, Rusiya, Malta, Norveç, San Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.

Son xəbərlər

Orphus sistemi