Xorvatiyada veteran cüdoçular arasında Avropa çempionatına start verilib - FOTO

Xorvatiyada veteran cüdoçular arasında Avropa çempionatına start verilib - FOTO Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb
Komanda
24 İyun , 2016 02:20
Xorvatiyada veteran cüdoçular arasında Avropa çempionatına start verilib - FOTO

Bakı. 24 iyun. REPORT.AZ/ Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına strat verilib. "Report" xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb.

Veteran cüdoçumuzun yarımfinaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Fərhad Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçilərimiz Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi