Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub

Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Komanda
29 Avqust , 2019 18:45
Azərbaycanın voleybol yığması Avropa çempionatında qrup mərhələsini ikinci pillədə başa vurub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun sonuncu - beşinci turda yığmanın rəqibi Rumıniya kollektivi olub.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25:14, 25:21)

Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillədə başa vurub. Yığma 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq. Rəqib komandaların bu gün öz aralarında keçirdikləri görüşdən sonra bəlli olacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yerin sahibi 1/8 finala vəsiqə qazanır. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Son xəbərlər

Orphus sistemi