Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşib

Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşib "Lokomotiv" "Azəryol"u hər 3 qarşılaşmada yenib
Komanda
9 Aprel , 2016 16:20
Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşib

Bakı. 9 aprel. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında bürünc mükafatçı müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Lokomotiv" klubudur.

"Dəmiryolçular" 3-cü yer uğrunda hər 3 qarşılaşmada "Azəryol"u yenib. Əvvəlki 2 görüşdə 3:0 və 3:2 hesablı üstünlük əldə edən "Lokomotiv" bu gün də qalib gələrək, ümumi hesabda qələbə sayını 3-ə çatdırıb - 3:0.

Çempion isə "Azərreyl" - "Telekom" cütünün qalibi olacaq. Əvvəlki iki görüşdə üstünlük "Azərreyl"in tərəfindədir - 2:0. Bülent Karslıoğlunun baş məşqçi olduğu komanda bu gün də qələbə qazansa, qızıl medalçı olacaq. 

Azərbaycan Super Liqası

Final mərhələsi, 3-cü oyunlar

3-cü yer uğrunda

16:00. "Lokomotiv" - "Azəryol" - 3:0 (25:17, 25:21, 25:16)

Əvvəlki oyunlar - 3:0, 3:2

FİNAL

18:00. "Azərreyl" - "Telekom" 

Əvvəlki oyunlar - 3:2, 3:1

Son xəbərlər

Orphus sistemi