Bakı. 29 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatının ilk iki yarımfinalçısı müəyyənləşib.
"Report"un məlumatına görə, bunlar Hollandiya və Serbiya milliləridir.
Hollandiya 1/4 finalda İtaliyanı (25:17, 25:20, 25:13), Serbiya isə Belarusu (25:19, 25:12, 25:14) yenib.
Onların yarımfinaldakı rəqibləri bu gün müəyyənləşəcək. Azərbaycan - Almaniya görüşünün qalibi Hollandiya, Rusiya - Türkiyə qarşılaşmasının qalibi Serbiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan Almaniyanı saat 18:00-da, Rusiya Türkiyəni saat 20:30-da sınağa çəkəcək.