Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb.
Komanda
11 Dekabr , 2019 12:33
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyəti formalaşıb.

"Report"un məlumatına görə, federasiyanın I vitse-prezidenti Faiq Qarayev yığmaya məsləhətçi təyin olunub. 

Komanda isə Famil Ağayev, Vasif Tаlıbov və Eldar Yusubovdan ibarət məşqçilər heyətinə tapşırılıb. Komandanın meneceri isə Oksana Parxomenko olacaq.

Millinin ilk sınağı Hollandiyada Avropa olimpiya təsnifat turniri olacaq.  Apeldorn şəhərində baş tutacaq turnir 7 - 12 yanvara təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşaya qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika yer alacaq. Turnirin qalibi olimpiadaya vəsiqə qazanacaq. 

Qarayev turnirin başlama vaxtından narazılığını bildirib. Onun sözlərinə görə, turnirin yeni ilin ilk günlərində start götürməsi voleybolçuların hazırlığına təsirsiz ötüşməyəcək.

Son xəbərlər

Orphus sistemi