Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşib

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşib Bakı. 19 oktyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.
Komanda
19 Oktyabr , 2018 14:08
Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.

“Report” xəbər verir ki, yarımfinalda Çini 3:2 hesabı ilə üstələyən İtaliya həlledici görüşə vəsiqə qazanıb. İtaliyalıların rəqibi Hollandiyanı 3:1 hesabı ilə məğlub edən Serbiya olacaq.

Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da başlayacaq. Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi