​Voleybol üzrə Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

​Voleybol üzrə Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb Heyətdə 14 voleybolçuya şans verilib
Komanda
31 May , 2016 16:48
​Voleybol üzrə Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Bakı. 31 may. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Avroliqa üçün heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev yarışa 14 voleybolçu ilə yollanmağı qərara alıb.

Yığmanın heyəti: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 3. Anastasiya Qurbanova, 5. Odina Bayramova, 7. Alyona Həsənova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Mammadova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova, 20. Marqarita Əzizova

B qrupunda yer alan Azərbaycan millisi ilkin mərhələdə iyunun 3-də Monteneqro, bir gün sonra Fransa, ayın 5-də isə İspaniya ilə qarşılaşacaq. Hər üç oyun Monteneqronun Bar şəhərində keçiriləcək. İkinci mərhələnin görüşləri isə Fransanın Renn şəhərində baş tutacaq. İyunun 10-da rəqib Monteneqro, ayın 11-də İspaniya, bir gün sonra isə Fransa olacaq.

Son xəbərlər

Orphus sistemi