​Voleybol üzrə Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

​Voleybol üzrə Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq Oyun saat 22:00-da başlayacaq
Komanda
4 İyun , 2016 11:48
​Voleybol üzrə Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasında növbəti görüşünü keçirəcək. "Report"un məlumatına görə, rəqib ev sahibi Monteneqro yığması olacaq.

Oyunu Avstriyalı hakim Maykl Canoş və onun bolqarıstanlı həmkarı Çavdar Marev idarə edəcək.

Qarşılaşma saat 22:00-da Topolika İdman kompleksində başlayacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk oyunda Fransanı məğlub edib - 3:0. Nəticədə Azərbaycan millisi yer aldığı B qrupunda 3 xalla Monteneqro ilə eyni xala sahibdir və ikinci pillədə qərarlaşıb.

Millinin növbəti rəqibi isə İspaniya yığması olacaq. Görüş iyunun 5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi