Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlama tarixi müəyyənləşib

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlama tarixi müəyyənləşib Bakı. 21 dekabr. REPORT.AZ/ Voleybol üzrə Azərbaycan çempionatında 2018-2019 mövsümü dekabrın 22-də start götürəcək.
Komanda
21 Dekabr , 2018 15:36
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlama tarixi müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ Voleybol üzrə Azərbaycan çempionatında 2018-2019 mövsümü dekabrın 22-də start götürəcək. 

Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report"a verilən məlumata görə, Super Liqa 4 qadın ("Azərreyl", "Lokomotiv", "Abşeron", AVF), Yüksək Liqa 4 kişi ("Lokomotiv", U-19, MOİK, "Neftçi") komandalarının iştirakı ilə keçiriləcək. 

Dərnəgüldə yerləşən Voleybol Mərkəzində baş tutacaq görüşlərdə ilk olaraq meydana "Neftçi" və U-19 komandaları çıxacaq. Oyun saat 12:30-da başlayacaq. Daha sonra "Azərreyl" – "Lokomotiv" oyunu təşkil olunacaq. Bu qarşılaşmaya 14:30-da start veriləcək. 

Qeyd edək ki, çempionatda növbəti turun oyunları 2019-cu ilin yanvarında keçiriləcək. Hər iki çempionatın qalibi 4 dövrədə keçirdiyi oyunların nəticəsinə görə müəyyənləşəcək. 

Dekabrın 23-də AVF kişi komandaları arasında I Liqaya da start verəcək. 9 komandanın (U-16, "İqtisadçı", "Sumqayıt", Heydər Əliyev adına Hərbi Akademiya, "Azəri", "Ekspress", "Masallı", "Taleh", BDU) iştirak edəcəyi çempionatın ilk oyunları Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında təşkil olunacaq. Burada da növbəti turun oyunları yanvar ayında keçiriləcək. I Liqa iki dövrədən ibarət olmaqla, dairəvi sistemdə keçiriləcək. İlk turda U-16 – "İqtisadçı", "Sumqayıt" – Hərbi AK və "Masallı" – "Taleh" oyunları olacaq.

Son xəbərlər

Orphus sistemi