Voleybol üzrə Azərbaycan çempionatı bu gün başlana bilər

Voleybol üzrə Azərbaycan çempionatı bu gün başlana bilər Hələ oyunların yayımlanacağı telekanal müəyyənləşməyib
Komanda
26 Dekabr , 2017 10:48
Voleybol üzrə Azərbaycan çempionatı bu gün başlana bilər

Bakı. 26 dekabr. REPORT.AZ/ Voleybol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı bu gün start götürə bilər. Federasiyadan "Report"a verilən məlumata görə, məsələ texniki problemlərin həllindən sonra dəqiqləşəcək.

Hazırda çempionatın hansı telekanalda - "İdman Azərbaycan" və ya "CBC Sport"da yayımı üzərində iş gedir. Bununla bağlı federasiya rəhbərliyi səviyyəsində müzakirələrdən sonra qərar qəbul olunacaq. Oyunların isə Dərnəgüldəki "Azərreyl" Voleybol Mərkəzində təşkili nəzərdə tutulub.

Kişilərin yarışına 6 komanda - "Lokomotiv", "Neftçi", "Naxçıvan", "Ekspress", MOİK və U-18 qatılacaq. Qadınların mübarizəsi isə cəmi 4 klub - "Azərreyl", "Lokomotiv", "Abşeron" və AVF arasında gedəcək. 

Son xəbərlər

Orphus sistemi