Vladimir Putin idmançılardan üzr istəyib

Vladimir Putin idmançılardan üzr istəyib Bakı. 31 yanvar. REPORT.AZ/ Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın.
Komanda
31 Yanvar , 2018 17:52
Vladimir Putin idmançılardan üzr istəyib
Rusiya prezidenti Vladimir Putin / Sputnik/ Vitaliy Belousov

Bakı. 31 yanvar. REPORT.AZ/ "Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxençxanda keçiriləcək "Qış Olimpiya Oyunları-2018"də ölkəni təmsil edəcək idmançılarla görüşü zamanı deyib.

V.Putinin sözlərinə görə, Rusiya həmişə təmiz rəqabət ideyasını dəstəkləyib.

Prezident həmçinin "Qış Olimpiya Oyunları-2018"ə gedən idmançılara uğurlar arzulayıb və onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.

Qeyd edək ki, ötən il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya milli komandasını Olimpiadadan kənarlaşdırıb. Ümumdünya Antidopinq Agentliyinin apardığı araşdırmalarla əlaqəli olmayan rusiyalı idmançılar isə Oyunlarda himn olmadan və Olimpiya bayrağı altında çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi