Yuxarı

Kobe Brayantın xanımı: "Beynim onların gedişini qəbul etmir"

Vanessa Brayant həyat yoldaşı Kobe və qızı Gianna haqda paylaşım edib.

Amerikalı basketbolçu Kobe Brayantın xanımı Vanessa Brayant "İnstagram" səhifəsində ötən ay helikopter qəzasında dünyasını dəyişən həyat yoldaşı və qızı Gianna haqqında paylaşım edib.

"Report"un məlumatına görə, o, doğmalarının faciəvi ölümünü qəbul edə bilmədiyini yazıb. V. Brayant insanlardan Kobe və Giannaya görə dua etmələrini xahiş edib:

"Onların gedişini beynim qəbul etmir. Bu kabusun bitməsini istəyirəm. Beynim Kobenin ölümü ilə barışmağa hazırlaşarkən bədənim Giginin bir daha mənə qayıtmayacağını qəbul etmək istəmir. Qorxunc faciədə həyatını itirənlərə görə dua edirəm. Xahiş edirəm siz də dualarınızı əsirgəməyin".

Qeyd edək ki, ikiqat Olimpiya çempionu, Amerika Milli Basketbol Liqasının (NBA) beşqat qalibi Kobe Brayant yanvarın 27-də qızı ilə birlikdə ABŞ-da helikopter qəzasında ölüb. Onlarla yanaşı, daha 7 nəfər həmin qəzada dünyasını dəyişib.

Elnur Salahov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi