Yuxarı

Valeriya Məmmədova Azərbaycan millisində karyerasını başa vurmaqla bağlı qərarını dəyişib

Valeriya Məmmədova Azərbaycan millisində karyerasını başa vurmaqla bağlı qərarını dəyişib
Ehtiyac yaranarsa, dünya çempionatında çıxış üçün yığma karyeramı bərpa edə bilərəm”

Bakı. 3 may. REPORT.AZ/ “Azərreyl” klubunun voleybolçusu Valeriya Məmmədova (Korotenko) Azərbaycan millisində karyerasını başa vurmaqla bağlı qərarını dəyişib.

Bu barədə “Report”a 34 yaşlı liberonun özü məlumat verib. O bildirib ki, yığmaya dönüşü Faiq Qarayevin rəhbərlik etdiyi kollektivin Qızıl Avropa Liqasında əldə edəcəyi nəticələrdən asılıdır: “Hazırda millidə libero mövqeyində üç voleybolçu - Ceyran İmanova, Bəyaz Əliyeva və Yuliya Kərimova var. Gənclərə şans verilməsinin tərəfdarıyam. Onların qarşıdakı yarışda özlərini necə göstərəcəklərinə baxacağıq. Ehtiyac yaranarsa, dünya çempionatında çıxış üçün yığma karyeramı bərpa edə bilərəm”.

Qeyd edək ki, Valeriya Məmmədova 2002 – 2017-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Avropa Liqasında Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna yığmaları ilə birdə A qrupunda yer alıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk dövrədə mayın 19-da və 23-də Bakı İdman Sarayında müvafiq olaraq Ukrayna və Portuqaliya kollektivləri ilə qarşılşacaq. Mayın 26-da səfərdə Bolqarıstanla üz-üzə gələcək. İkinci dövrədə ilk matçını mayın 30-da Bolqarıstana qarşı keçirəcək yığma, iyunun 2-də Portuqaliyanın, 4 gün sonra isə Ukraynanın qonağı olacaq. Bolqarıstan, Portuqaliya və Ukrayna ilə eyni qrupda yer alıb. Dünya çempionatında isə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv sentyabrın 29-da ABŞ, sentyabrın 30-da Cənubi Koreya, oktyabrın 2-də Rusiya, oktyabrın 3-də Trinidad və Tobaqo, oktybarın 4-də Tailandla qarşılaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi