Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək

Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək Bütün görüşlər saat 15:00-da başlanacaq
Komanda
4 Sentyabr , 2016 09:16
Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan komandalarını yenə fərqli rəqiblər gözləyir.

Kişilərin mübarizəsində Azərbaycan1 Macarıstanla, Azərbaycan2 Hindistanla, Azərbaycan3 Livanla üz-üzə gələcək. 2 turdan sonra Azərbaycan1 4 xalla 2-ci, eyni xala malik Azərbaycan2 20-ci, 2 xalı olan Azərbaycan3 74-cü pillədə qərarlaşıb.

Qadınların mübarizəsində rəqiblər müvafiq olaraq, Polşa, Almaniya və Qırğızıstandır. 2 turdan sonra Azərbaycan1 4 xalla 19-cu, eyni xala malik Azərbaycan2 28-ci, 2 xalı olan Azərbaycan3 41-ci yerdə gedir.

Qeyd edək ki, III turun bütün görüşləri saat 15:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi