Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb

Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb Murad Məmmədov hakimlərin işinə qiymət verəcək
Komanda
28 Oktyabr , 2015 11:38
Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, M.Məmmədov futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsində hakim-inspektor vəzifəsini yerinə yetirəcək.

M.Məmmədovun təyinat aldığı A qrupunda İspaniyanın "İnter FS", Belarusun "Lidselmaş Lida", Fransanın "Kremlin Bisetr Yunayted" və Sloveniyanın "Doboveç" komandaları mübarizə aparacaq.

Qeyd edək ki, A qrupunun oyunları 12 - 15 noyabrda İspaniyanın Torrexon-de-Ardos şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi