​Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

​Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb Əli Qaradəniz başı yarılmış halda olub
Komanda
12 Noyabr , 2015 11:21
​Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ əsilli türkiyəli basketbolçu Əli Qaradəniz Nyu-Yorkda ölü tapılıb. "Report"un məlumatına görə, 35 yaşlı basketbolçunun cəsədi hərəkətsiz avtomobildə aşkarlanıb.

2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul etmiş basketbolçu avtomobilin arxa oturacağında başı yarılmış halda olub. Bir neçə gün öncə yoxa çıxan idmançının axtarışına noyabrın 5-dən başlanılıb. Buna səbəb Ə.Qaradənizin itkin düşməsi ilə bağlı məlumatın polisə həmin tarixdə verilməsidir.

Qeyd edək ki, Türkiyə vətəndaşlığını qəbul etmədən öncə adı Maykl Rayt olan basketbolçu karyerası ərzində Türkiyə, İspaniya, İsrail, Almaniya, Fransa və Cənubi Koreya çempionatında çıxış edib.

Son xəbərlər

Orphus sistemi