Türkiyə Voleybol Federasiyasının prezidenti və Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Göygölə səfər edib

Türkiyə Voleybol Federasiyasının prezidenti və Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Göygölə səfər edib Görüşdə Azərbaycan Voleybol Federasiyasının rəsmiləri də iştirak ediblər
Komanda
27 Oktyabr , 2016 14:38
Türkiyə Voleybol Federasiyasının prezidenti və Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Göygölə səfər edib

Bakı. 27 oktyabr. RPEORT.AZ/ Bu gün Avropa çempionatına hazırlıqla bağlı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti və Türkiyə Voleybol Federasiyasının prezidenti Özkan Mutlugil Göygöldə səfərdə olub. 

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, görüşdə yerli federasiyanın rəsmiləri, Göygöl Rayon İcra Hakimiyyətinin və İdman İdarəsinin rəhbərləri iştirak edib.

Artıq Göygöl Olimpiya Kompleksində hazırlıq işlərinə start verilib. 

Bu ilin noyabr ayında Bakıda 2017-ci il Avropa çempionatının keçirilməsi ilə bağlı müqavilənin imzalanma və turnirin püşkatma mərasimi keçiriləcək.

Qeyd edək ki, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatı Azərbaycanda və Gürcüstanda baş tutacaq. İki qrupun oyunları Bakıda, bir qrup Gürcüstanda və bir qrupun oyunları isə Göygöl Olimpiya Kompleksində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi