Yuxarı
    Bağlamaq

    Azərbaycanda futzal üzrə “transfer pəncərəsi” açıq elan edilib

    Bakı. 3 yanvar. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycanın Yüksək, Birinci və İkinci liqalarında “transfer pəncərəsi” açıq elan edilib.

    “Report” Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar yanvarın 31-nə qədər yeni transferlərini qeydiyyatdan keçirə bilərlər.

    Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında “transfer pəncərəsi” 12 yanvar - 8 fevral 2019-cu il tarixlərini əhatə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi