Yuxarı

"Telekom" klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək

"Telekom" klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək
Rəqib Polşa klubudur

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Telekom" klubu bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, A qrupunda gedəcək mübarizədə rəqib Polşanın "Ximik" klubu olacaq.

İlk turda hər iki komanda məğlub olub. "Telekom" İtaliyada "İmoko Volley"ə 0:3, "Ximik" isə "Nordmekkanika"ya 1:3 hesabı ilə uduzub. "Telekom" qələbə qazana bilməsə, elə qrup sonuncusu kimi qalacaq. Oyunu rumıniyalı Sabo-Aleksi Paul Katalin və lixtenşteynli Filip Şurman idarə idarə edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur 

17:00. "Telekom" (Azərbaycan) - "Ximik" (Polşa) 

Hakimlər: Filip Şurman (Lixtenşteyn), Sabo-Aleksi Paul Katalin (Rumıniya) 

Bakı. Sərhədçi Olimpiya İdman Mərkəzi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi