Polina Rəhimova: "Təcrübə milli komandaya yaxşı nəticələr əldə etmək üçün kömək edəcək"

Polina Rəhimova: "Təcrübə milli komandaya yaxşı nəticələr əldə etmək üçün kömək edəcək" Bir neçə günlük Bakıda oldum. Bu müddət ərzində milli komandanın həkimləri və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşdüm. Görüşümüz zamanı klublardakı çıxışımdan və qarşıda yığmanı gözləyən yarışlardan danışdıq.
Komanda
27 May , 2019 12:42
Polina Rəhimova: Təcrübə milli komandaya yaxşı nəticələr əldə etmək üçün kömək edəcək

"Bir neçə günlük Bakıda oldum. Bu müddət ərzində milli komandanın həkimləri və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşdüm. Görüşümüz zamanı klublardakı çıxışımdan və qarşıda yığmanı gözləyən yarışlardan danışdıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin qadın voleybolçusu Polina Rəhimova deyib. 29 yaşlı idmançı bu il yığmanı çox güclü yarışların gözlədiyini diqqətə çatdırıb. O, komandanın Qızıl Avropa Liqası, Olimpiya təsnifat turnirləri və Avropa çempionatında mübarizə aparacağını söyləyib. Rəhimova bu yarışlardan birincisində zədə üzündən iştirak edə bilməyəcəyini açıqlayıb: "Bildiyiniz kimi böyük idman zədəsiz olmur. Təəssüflər olsun ki, məndə bunun üçün müalicə olunmalıyam. Mənim kimi millinin bir neçə oyunçusu da zədələrə görə komandamıza Qızıl Avropa Liqasında kömək edə bilməyəcəklər. Bu səbəbdən, Qızıl Avropa Liqasında mübarizə aparacaq oyunçuların əksəriyyəti gənclərdir". 

Rəhimova deyib ki, Olimpiya təsnifat turnirlərində və Avropa çempionatında yaxşı oyun nümayiş etdirmək üçün şansları var: "Çünki bu il oyunçularımızın əksəryyəti xarici çempionatlarda uğurlu çıxış etdilər və yaxşı oyun təcrübəsi qazandılar. Bu təcrübə milli komandaya yaxşı nəticələr əldə etməkdə yardımçı olacaq. Ən önəmlisi odur ki, hər birimiz buna inanmalıyıq. Son sözüm bizi sevən voleybol azerkeşlərinədir. Demək istəyirəm ki, sizin dəstəyiniz bizlər üçün çox vacibdir və biz də sizləri sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşündə Belarusa 2:3 hesabı ilə uduzub.  

Son xəbərlər

Orphus sistemi