​"Synergy Baku" komandası "Etimada layiq velosiped idmanı naminə hərəkat"a daxil olub

​"Synergy Baku" komandası "Etimada layiq velosiped idmanı naminə hərəkat"a daxil olub Komandanın meneceri: Biz MPCC-nin bir hissəsi olmaq qərarına gəldik
Komanda
15 Fevral , 2015 04:58
​Synergy Baku komandası Etimada layiq velosiped idmanı naminə hərəkata daxil olub

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın velosiped komandası "Synergy Baku" "Etimada layiq velosiped idmanı naminə hərəkat"ın (MPCC - Mouvement pour un Cyclisme Credible) sıralarına daxil olmaq barədə ərizə verib.

"Report" xəbər verir ki, MPCC rəhbərliyi fevralın 12-də komandanı hərəkatın sıralarına qəbul edib.

"Synergy Baku" komandasının meneceri Devid MakKueyd (David McQuaid):

"Biz komandanın daxili qaydalarına böyük əhəmiyyət veririk, hər gün bu qaydalarla yaşayırıq. MPCC-in bir hissəsi olmaq qərarımıza səbəb isə bizim idmanda mövcud olan etika praktikasını pozanlara qarşı ümumi mübarizəyə qoşulmaq istəyidir".

Komanda 2013-cü ildə yaradılıb. Hazırda onun heyətində Aleksandr Plüşkin, Denis van Vinden (Dennis Van Winden), İoannis Tamuridis (Ioannis Tamouridis), Matej Muqerli (Matej Mugerli) və Markus Eybeqqer (Markus Eibegger) çıxış edir.

Son xəbərlər

Orphus sistemi