Sloveniyaya təlim-məşq toplanışa yollanacaq Azərbaycan voleybol millisinin heyəti açıqlanıb

Sloveniyaya təlim-məşq toplanışa yollanacaq Azərbaycan voleybol millisinin heyəti açıqlanıb Bakı. 3 may. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək. Reportun məlumatına görə, komanda üzvləri təlim-məşq toplanışı keçəcəkləri Maribor şəhərinə bu axşam yollanacaqlar.
Komanda
3 May , 2018 14:15
Sloveniyaya təlim-məşq toplanışa yollanacaq Azərbaycan voleybol millisinin heyəti açıqlanıb

Bakı. 3 may. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək. "Report"un məlumatına görə, komanda üzvləri təlim-məşq toplanışı keçəcəkləri Maribor şəhərinə bu axşam yollanacaqlar.

Faiq Qarayevin baş məşqçi olduğu kollektiv xaricdə mayın 16-dək toplanışda olacaq. Voleybolçular hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya da var. 

Təlim-məşq toplanışına 14 voleybolçu yollanacaq:

Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;

Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;

Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

Son xəbərlər

Orphus sistemi