​"Simurq" klubu daha 4 futbolçu ilə yollarını ayırıb

​"Simurq" klubu daha 4 futbolçu ilə yollarını ayırıb Onlardan 2-si milliləşdirilmiş futbolçulardır
Komanda
4 May , 2015 14:18
​Simurq klubu daha 4 futbolçu ilə yollarını ayırıb

Bakı. 4 may. REPORT.AZ/ Maliyyə problemləri ilə üzləşən Zaqatalanın "Simurq" klubu daha 4 futbolçu ilə yollarını ayırıb. Bu barədə "Report"a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.

Onun sözlərinə görə, gedənlərdən 2-si keniyalı Patrik Osiako ilə xorvatiyalı Stepan Polyakdır. V.Əliyev legionerlərlə yanaşı, milliləşdirilmiş müdafiəçi Əli Gökdəmir və hücumçu Cihan Özkaranın da Zaqatala təmsilçisinin heyətində forma geyinməyəcəyini bildirib. Qarşıdakı günlərdə daha bir neçə futbolçunun komandadan gedəcəyi istisna deyil.

Qeyd edək ki, daha öncə Benjamin Lambot "Simurq"la yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi