Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında 3-cü pilləyə yüksəlib

Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında 3-cü pilləyə yüksəlib Azərbaycan şahmatçısı blits növündə Maqnus Karlsen və Hikaru Nakamuradan geri qalır
Komanda
1 Dekabr , 2014 13:46
Şəhriyar Məmmədyarov FİDE-nin reytinq siyahısında 3-cü pilləyə yüksəlib

Bakı. 1 dekabr. REPORT.AZ/ FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov blits üzrə dünyanın 100 ən güclüsü siyahısında 3-cü pilləyə yüksəlib. 

2866 xala malik Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsen (2948) və ABŞ-dan olan Hikaru Nakamuradan (2906) geri qalır. Rauf Məmmədov (2767) 11-ci, Teymur Rəcəbov (2715) 36-cı, Eltac Səfərli (2676) 71-ci, Qədir Hüseynov (2653) 96-cıdır. 

Rapid növündə Azərbaycan şahmatçılarından ən yüksək nəticə 2776 xalla 12-ci pillədə olan Teymur Rəcəbova məxsusdur. Şəhriyar Məmmədyarov (2739) 20-ci, Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2707) 42-ci mövqedə qərarlaşıb. 

Nəhayət, standart reytinq sıralamasında Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci, Teymur Rəcəbov 2734 xalla 20-ci, Rauf Məmmədov 2658 xalla 94-cü pillədədir. 

Qeyd edək ki, qadın şahmatçıların reytinq siyahısına Azərbaycan təmsilçilərindən heç biri düşməyib. 

Son xəbərlər

Orphus sistemi