Yuxarı

Şahmat üzrə Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlıq dayandırılıb

Şahmat üzrə Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlıq dayandırılıb
Yeni kapitanın adı yaxın günlərdə açıqlanacaq

Bakı. 24 may. REPORT.AZ/ Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlığa son qoyulub. 

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov açıqlama verib. 

O bildirib ki, yeni kapitanın adı yaxın günlərdə açıqlanacaq: "Yığmanın kapitanı olmağa iki namizəd var. Onlardan hansının komandaya başçılıq edəcəyinə iki-üç günə aydılıq gələcək".

M.Məmmədov qeyd edib ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq prosesində yığma komandanın digər şahmatçılarının köməyindən istifadə olunacaq.

Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi 2013-cü ildə Aleksandr Xalifmanın rəhbərliyi altında komandalar arasında Avropa çempionatının qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi