Şahmat Olimpiadası: Azərbaycan Rusiya və Ukraynaya məğlub olub

Şahmat Olimpiadası: Azərbaycan Rusiya və Ukraynaya məğlub olub Azərbaycanın 6 yığma komandasından yalnız 1-i qələbə qazana bilib
Komanda
11 Sentyabr , 2016 22:16
Şahmat Olimpiadası: Azərbaycan Rusiya və Ukraynaya məğlub olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıdakı 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün IX turun oyunları keçirilib.

"Report"un məlumatına görə, Azərbaycanın 6 yığma komandasından yalnız 1-i qələbə qazana bilib. Bu da kişilərdə 3-cü yığma olub.

Yeganə heç-heçəyə də qadınlardan 3-cü komanda imza atıb. Qalan 4 komandamız uduzub. Kişi və qadınlardan ibarət əsas komandalar müvafiq olaraq Rusiya və Ukraynaya məğlub olublar.

IX tur

Kişilər

Azərbaycan1 - Rusiya - 1:3

Şəhriyar Məmmədyarov - Sergey Karyakin - 0,5:0,5

Teymur Rəcəbov - Vladimir Kramnik - 0:1

Rauf Məmmədov - Yevgeni Tomaşevski - 0,5:0,5

Arkadi Naydiç - Aleksandr Qrişuk - 0:1

Vyetnam - Azərbaycan2 - 2,5:1,5

Le Kuanq Lyem - Vasif Durarbəyli - 1:0

Nqok Nquen - Nicat Abbasov - 0,5:0,5

Anx Nquen - Qədir Hüseynov - 0,5:0,5

Tien Dao - Namiq Quliyev - 0,5:0,5

Honduras - Azərbaycan3 - 1:3

Xose Antonio Quillen - Vüqar Əsədli - 0,5:0,5

Daniel Kolindres - Nail Bəşirli - 0:1

Naxun QAvarrete - Abdulla Qədimbəyli - 0,5:0,5

Serxio Xuqua - Pərviz Qasımov - 0:1

Qadınlar

Ukrayna - Azərbaycan1 - 3,5:0,5

Anna Muzıçuk - Zenəb Məmmədyarova - 1:0

Mariya Muzıçuk - Günay Məmmədzadə - 1:0

Anna Uşenina - Gülnar Məmmədova - 0,5:0,5

İnna Qaponneko - Aydan Höccətova - 1:0

Fransa - Azərbaycan2 - 3:1

Sofi Mille - Türkan Məmmədyarova - 1:0

Silviya Kollas - Nərmin Xələfova - 0,5:0,5

Nino Maysuradze - Ülviyyə Fətəliyeva - 0,5:0,5

Andrea-Kristina Navrotesku - Nərgiz Umudova - 1:0

Əlcəzair - Azərbaycan3 - 2:2

Səbinə Latreçe - Nərmin Məmmədova - 0,5:0,5

Əminə Meizud - Xanım Balacayeva - 0:1

Zineb Abdi - Gövhər Beydullayeva - 0,5:0,5

Həyat Toubal - Aynur Kətanova - 0:1

Son xəbərlər

Orphus sistemi