​Şahin Mustafayev: “Azərbaycan ən böyük idman ölkəsi kimi tanınır”

​Şahin Mustafayev: “Azərbaycan ən böyük idman ölkəsi kimi tanınır” “İslam Oyunlarının da Bakıda keçirilməsi Azərbaycana olan idman etimadının göstəricisidir”
Komanda
6 Fevral , 2015 17:22
​Şahin Mustafayev: “Azərbaycan ən böyük idman ölkəsi kimi tanınır”

Bakı. 6 fevral. REPORT.AZ/ “Avropa “Top 16” turnirinin açılışı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Son illərdə sürətlə inkişaf edən Azərbaycan, bu gün dünyada ən böyük idman ölkəsi və olimpiya hərəkatının iştirakçısı kimi tanınır”. 

“Report”un məlumatına görə, bu sözləri Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev deyib.

Milli Gimnastika Arenasında keçirilən “Top 16” Avropa turnirinin açılış mərasimində çıxış edən federasiya rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin siyasəti nəticəsində idman sahəsində xeyli işlərin həyata keçirildiyini deyib:

“Təsadüfi deyil ki, idmançılarımız Avropa dünya və olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edir və böyük uğurlar qazanırlar. Ölkəmiz həm də böyük idman yarışlarının keçirildiyi bir məkandır. İslam Oyunlarının da Bakıda keçirilməsi Azərbaycana olan idman etimadının göstəricisidir. Bu gün start verilən Avropanın “Top 16” turniri Azərbaycanda stolüstü tennis tarixində keçirilən ilk beynəlxalq turnirdir. Fürsətdən istifadə edərək turnirin təşkilində göstərdiyi köməyə görə Avropa Stolüstü Tennis Federasiyası, Gənclər və İdman Nazirliyi və AGF-yə təşəkkürümü bildirirəm. Əminəm ki, turnir iştirakçıları maraqlı oyunları ilə hər kəsi sevindirəcək”

Gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, Azərbaycanda idman gündən-günə inkişaf edir: 

“Bu cür mötəbər turnirdə Avropa Stolüstü Tennis Federasiyasının etimadını doğruldacağıq. Son illər Azərbaycan idmanının yüksəlişi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Artıq ölkəmiz çox mühüm idman yarışlarının keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə dünya və Avropa turnirləri keçirilir. Bu da Azərbaycan idmanının inkişafının bariz göstəricisidir".

Son xəbərlər

Orphus sistemi