Yunan-Roma güləşi üzrə ​Rusiya yığmasının "Bakı-2015"də çıxış edəcək heyəti açıqlanıb

Yunan-Roma güləşi üzrə ​Rusiya yığmasının "Bakı-2015"də çıxış edəcək heyəti açıqlanıb Komandanın lideri 2015-ci ilin dünya çempionu Çingiz Labazanov olacaq
Komanda
6 İyun , 2015 08:33
Yunan-Roma güləşi üzrə ​Rusiya yığmasının Bakı-2015də çıxış edəcək heyəti açıqlanıb

Bakı. 06 İyun. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Rusiya yığma komandasının baş məşqçisi Qoqi Koquaşvili iyunun 12-də Bakıda ilk dəfə olaraq start götürəcək Avropa Oyunlarında çıxış edəcək heyəti açıqlayıb.

"Report" "Wrestrus.ru"ya istinadən xəbər verir ki, komandanın lideri 2015-ci ildə dünya çempionu olmuş Çingiz Labazanovdur.

Yunan-Roma güləşi üzrə Rusiya yığması

59 kq. Stepan Maryanyan

66 kq. Artyom Surkov

71 kq. Yuri Denisov

75 kq. Çingiz Labazanov

80 kq. Yevgeni Saleyev

85 kq. Davit Çakvetadze

98 kq. İslam Maqomedov

130 kq. Sergey Semyonov

Avropa Oyunları-2015-in yunan-Roma güləşi üzrə turnir proqramı

13 iyun (şənbə)

10.00-14.00 - 59-71-80-98 kq.-dək çəki dərəcələri

19.00-21.30 - 59-71-80-98 kq.-dək çəki dərəcələri (final görüşləri)

14 iyun (bazar günü)

10.00-14.00 - 66-75-85-130 kq.-dək çəki dərəcələri

19.00-21.30 - 66-75-85-130 kq.-dək çəki dərəcələri (final görüşləri)

Son xəbərlər

Orphus sistemi