Rusiyanın qadın hokkeyçiləri XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib

Rusiyanın qadın hokkeyçiləri XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib Rusiya millisi yarımfinalda Kanada ilə qarşılaşacaq
Komanda
17 Fevral , 2018 10:00
Rusiyanın qadın hokkeyçiləri XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiyanın qadın hokkeyçilərdən ibarət milli komandası Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, qonşu ölkə yığması 1/4 finalda İsveçrəni 6:2 hesabı ilə məğlub edib. 

Rusiya millisi görüşün ilk dövrəsindən 1:0 hesablı üstünlüklə ayrılıb. İkinci dövrədə tərəflər hərəyə iki şayba vurublar - 2:2. Üçüncü dövrədə isə İsveçrə qapısında 4 cavabsız şayba görüb.

Rusiya millisi yarımfinalda Kanada ilə qarşılaşacaq. Oyun fevralın 19-da olacaq. Bu komandaların qrup mərhələsindəki görüşü Kanadanın qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi