Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın kişilərdən ibarət hokkey yığması 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının qalibi olub.
"Report"un məlumatına görə, qonşu ölkə millisi finalda Almaniyaya qalib gəlib.
Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu səbəbdən, 20 dəqiqəlik əlavə hissə təyin olunub. Bu zaman Rusiya millisi daha bir qol vuraraq, Olimpiya çempionu adını qazanıb.
Bu, Rusiya millisinin Olimpiadada ikinci qızıl medalıdır.