​Rusiyanın 7 üzgüçüsü Yay Olimpiya Oyunlarına qatılmaq hüququnu itirib

​Rusiyanın 7 üzgüçüsü Yay Olimpiya Oyunlarına qatılmaq hüququnu itirib FİNA-nın İcraiyyə Komitəsi bu barədə qərar qəbul edib
Komanda
26 İyul , 2016 00:34
​Rusiyanın 7 üzgüçüsü Yay Olimpiya Oyunlarına qatılmaq hüququnu itirib

Bakı. 26 iyul. REPORT.AZ/ Rusiyanın 7 üzgüçüsü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılmaq hüququnu itirib.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FİNA) İcraiyyə Komitəsi qərar qəbul edib.

Oyunlarda iştirak edə bilməyəcək idmançılar Mixail Dovqalyuk, Yuliya Yefimova, Natalya Lovtsova, Anastasiya Krapivina, Nikita Lobintsev, Vladimir Morozov və Darya Ustinovadır. Dovqalyuk, Yefimova, Lovtsova və Krapivinanı Rusiya Olimpiya Komitəsi siyahıdan çıxarıb. Lobintsev, Morozov və Ustinova isə FİNA-nın açıqlamasına əsasən, Ümumdünya Antidopinq Agentliyinin hesabatında yer alıb.

Qeyd edək ki, iyulun 24-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını "Rio-2016"dan kənarlaşdırmamağı qərara alıb. Qurum olimpiadada çıxış edə biləcək idmançıları müəyyənləşdirmək hüququnu beynəlxalq idman federasiyalarına verib.

Son xəbərlər

Orphus sistemi