Yuxarı

Rusiya millisi Avropa çempionatına çempionluq hədəfi və yeni baş məşqçi ilə gəlir

Rusiya millisi Avropa çempionatına çempionluq hədəfi və yeni baş məşqçi ilə gəlir
Minimal vəzifə medal, maksimal vəzifə isə tituldur

Bakı. 20 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının qarşısına Avropa çempionatının qalibi olmaq məqsədi qoyulub. "Report"un məlumatına görə, bu barədə TASS-a Ümumrusiya Voleybol Federasiyasının prezidenti Aleksandr Yaremenko bildirib.

Yaremenko deyib: "Minimal vəzifə medal, maksimal vəzifə isə tituldur. Bu vəzifələri komanda qarşısında idarə heyəti qoyub və onları heç kim dəyişməyib".

Artıq Rusiya millisinə Konstantin Uşakov baş məşqçi, Vladimir Kuzyutkin isə böyük məşqçi təyin olunub.

Qeyd edək ki, Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına sentyabrın 22-də start veriləcək. Rusiya yığması Ukrayna, Türkiyə və Bolqarıstanla eyni qrupda yer alıb. Çempionata oktyabrın 1-də yekun vurulacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi