Yuxarı
    Bağlamaq

    Rusiya klubunun basketbolçusu başı ilə komandasına xal qazandırıb - VİDEO

    Dinlə

    Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın "Ximki" klubunun basketbolçusu Cordan Miki Avroliqada Monteneqronun "Buduçnost" komandasına qarşı görüşdə komandasına qeyri-adi zərbə ilə xal qazandırıb. 

    "Report" xəbər verir ki, 24 yaşlı idmançı istəmədən başı ilə topu səbətdən keçirib. Onun komanda yoldaşı Stefan Markoviç Mikiyə ötürmə vermək istəyib. Top isə onun başına dəyərək səbətə daxil olub. 

    Qarşılaşma 85:69 Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Cordan Miki bu qarşılaşmada 17 xal toplaya bilib və məhsuldarlığa görə komanda yoldaşı Aleksey Şveddən 5 xal geri qalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi