Yuxarı

​Rusiya Hokkey Federasiyası 85 min dollar cərimələnib

​Rusiya Hokkey Federasiyası 85 min dollar cərimələnib
Bu barədə Beynəlxaq Hokkey Federasiyasının İntizam Komitəsi qərar qəbul edib

Bakı. 24 avqust. REPORT.AZ/ Rusiya Hokkey Federasiyası 85 min dollar cərimələnib. "Report"un məlumatına görə, bu barədə Beynəlxaq Hokkey Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.

İntizam Komitəsi Rusiya idman federasiyasını çempionat qaydalarını pozduğu üçün cərimələyib. Buna səbəb isə dünya çempionatı zamanı Rusiya komandasının Kanada yığmasının mükafatlandırılması və himnin səsləndirilməsini gözləməyərək meydanı tərk etməsi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi