​Rusiya DÇ-2018-in keçirilməsinə 10 mlrd. dollar xərcləyəcək

​Rusiya DÇ-2018-in keçirilməsinə 10 mlrd. dollar xərcləyəcək Hazırda stadion və infrastruktur tikintisi tam sürəti ilə davam edir
Komanda
12 May , 2016 03:48
​Rusiya DÇ-2018-in keçirilməsinə 10 mlrd. dollar xərcləyəcək

Bakı. 12 may. REPORT.AZ/ Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçirilməsi və hazırlıqlarına xərclənəcək vəsait 10 milyard dollardan çox təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə "Rusiya 2018" Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.

"Biz dünya çempionatına hazırlıq və ondan sonra üçün tikiləcək bütün obyektlərə 10 milyard dollardan çox vəsait xərcləyəcəyik. Bu təkcə stadionlar və hava terminalları deyil — onların yarısı artıq hazırdır. Bu nəhəng işdir. Biz gecikməyəcəyik, hər şeyi vaxtında çatdıracağıq. FİFA turnirdən əvvəl hər bir stadionda tam gücü ilə üç oyun keçirməyi tələb edir, bunu da edəcəyik", - deyə Sorokin bildirib.

Son xəbərlər

Orphus sistemi